Xəbər lenti

Bakı derbisində "Neftçi" sevindi
İdman06:00 13.09.2013

Bakı derbisində "Neftçi" sevindi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Topaz Premyer Liqasının VI turuna start verilib. Fanat.az xəbər verir ki, yığma oyunları səbəbindən çempionatda yaranan fasilədən sonrakı tur qeyri-adiliyi ilə fərqlənəcək. Belə ki, 5 oyun 4 gün ərzində keçiriləcək. İlk 3 günün hər birində 1, son gündə isə 2 matç baş tutacaq.

Turun ilk oyununda "Neftçi" "İnter"i qəbul edib. Paytaxt derbisi hər iki komanda üçün böyük əhəmiyyət daşıyırdı. Belə ki, mövsümə ardıcıl 3 qələbə ilə başlayan "Neftçi" IV turda "Xəzər Lənkəran"la heç-heçə oynadıqdan sonra "Bakı" qarşısında darmadağına məruz qalıb - 0:3. "İnter" isə uğursuz çıxışını davam etdirir. İlk 5 turda sadəcə 1 qələbə qazanıb 4 dəfə məğlub olan "bankirlər" son turda "kiçik qardaşları" hesab olunan "Simurq"a yeniliblər.

Görüşə daha aktiv başlayan "ağ-qaralar" 14-cü dəqiqədə Araz Abdullayevin qoluna sevindi. Növbəti qol da ev sahiblərindən gəldi. Qarşılaşmanın 21-ci dəqiqəsində Karlos Kardosa topu tora qovuşdurdu - 2:0. İlk hissədə istədiyi oyunu nümayiş etdirə bilməyən bankirlər ilk hissənin sonunda qapısında 3-cü qolu gördü. Flavinyoya qarşı cərimə meydançasında edilən kobudluq Əhmədovun yetirmələrinə penalti qazandırdı. İlk əvvəl topa braziliyanın özü yaxınlaşsa da, daha sonra "siftə" etmək üçün topu Melvin Platyeyə verib. Hollandiyalı futbolçu Səlahət Ağayevlə dueldən qalib ayrılıb və ilk hissə 3:0 hesabı ilə başa çatıb. İkinci hissədə qonaqlar hücumlarını artırmağa başladı. Bunun da nəticəsində matçın 63-cü dəqiqəsində hesab arasındakı fərqi 2 topa çatdırdı - 3:1. Qarşılaşma bu hesabla da başa çatdı.

Lakin oyunda xoşagəlməz hadisədə baş verdi. Belə ki, Bruno Bertuççi və Abdulla Abatsiyev arasında münaqişə yaşandı. Vüsal Əliyevin idarə etdiyi oyun bir neçə dəqiqəliyinə dayandırıldı. Daha sonra hər iki futbolçu ikinci sarı vərəqəni alaraq meydandan qovuldu.

Premyer Liqa, VI tur, 12 sentyabr

Neftçi - İnter 3:1

Qollar: Araz Abdullayev, 14; Karlos Kardoso, 21; Melvin Platye, 45+1 (p.) - Vaqif Cavadov, 67

Qaynar.info