Video 11:10 11.01.2024

Bakı-Ələt yolunda böyük təhlükə (VİDEO)

Bakı-Ələt yolunun üstündə yerləşən körpü təhlükəli vəziyyətdədir.

Qaynarinfo ATV-yə istinadən xəbər verir ki, körpünün ətrafında bəzi yerlərdə arakəsmələr yoxdur.

Vəziyyət yoldan mütəmadi istifadə edən sürücüləri narahat edir.

Onlar ərazidə hər an qəza şəraiti yarana biləcəyini vurğulayırlar. Eyni zamanda yolda tez-tez qəza baş verdiyini qeyd edirlər.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məsələdən xəbərdar olduqlarını, əraziyə baxış keçiriləcəyini və problemin aradan qaldırılması istiqamətində qısa müddətdə addımlar atılacağını açıqlayıb.