Xəbər lenti

Bakı-Çelyabinsk aviareysi təxirə salındı
Ölkə07:26 18.02.2014

Bakı-Çelyabinsk aviareysi təxirə salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Rusiyanın «İrAero» şirkətinin səhər saatlarında yerinə yetirilməsi planlaşdırılan 262 nömrəli Bakı-Çelyabinsk aviareysi təxirə salınıb. 

Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

«Bakıdan Çelyabinskə saat 08:55-də yerinə yetirilməsi nəzərdə tutulan aviareys sərnişin sayının az olması səbəbindən təxirə salınıb. Məlumata görə, sərnişin sayının az olması ilə əlaqədar bu aviareys martın 4-də və 18-də saat 08:55-də yerinə yetiriləcək», - deyə Bakı aeroportundan bildirilib.

Xatırladaq ki, Bakı-Çelyabinsk aviareysi həftədə bir dəfə, çərşənbə axşamı saat 08:55-də yerinə yetirilir.

Qaynar.info