
Gələn il Bakıda “Formula 1”in debut yarışları keçiriləcək.
AzVision.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Onun sözlərinə görə, hökumət layihədə fəal iştirak etmək və gənc pilotları dəstəkləmək fikrindədir. Nazir gələcəkdə Azərbaycanın milli komandasının olacağını da istisna etməyib.
2016-cı il Qran Prisindən danışan Rəhimov vurğulayıb ki, Bakıya 11 min xarici azarkeşin gəlişi gözlənilir.
Yarışların neçəyə başa gəlməsi barədə danışan A. Rəhimov bildirib ki, bu kommersiya sirridir. Amma bununla belə o: `Debüt Qran Prisinin xərcləri 66-86 milyon dollar arasında dəyişəcək`,- deyə, o əlavə edib.
Qaynar.info