Xəbər lenti

Bakı İstanbul derbisinə "yox" dedi
Ölkə05:10 04.06.2013

Bakı İstanbul derbisinə "yox" dedi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi Türkiyə Futbol Federasiyası (TFF) AFFA-ya Superkubok uğrunda baş tutacaq “Qalatasaray” – “Fənərbaxça” matçının Bakıda keçirilməsi üçün müraciət etmişdi. Qaynar.info xəbər verir ki, artıq AFFA TFF-nin müraciətini cavablandırıb.

Belə ki, AFFA TFF-nin müraciətinə “yox” cavabı verib. Bunun səbəbi isə 11 avqust tarixində keçirilməli olan türkiyə Kubokunun final qarşılaşmasına qalan vaxtın məhdud olması göstərilir.

Türkiyə mediası Azərbaycanın rədd cavabını "Qardaşdan kubok şoku" kimi dəyərləndirib.

Qaynar.info