Xəbər lenti

Bakı istirahət günündə qazsız qalacaq
Ölkə12:56 15.03.2013

Bakı istirahət günündə qazsız qalacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, martın 17-də saat 11:00-dan "Mədən" qazpaylayıcı stansiyasından qidalanan "Bakqaz" qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Səbail, Yasamal və Nəsimi rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Qaynar.info