Xəbər lenti

Bakı klubu Ukrayna çempionatının bombardirini transfer etdi
İdman08:31 25.01.2023

Bakı klubu Ukrayna çempionatının bombardirini transfer etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Zirə” qış fasiləsindəki ilk transferini açıqlayıb.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ukraynalı futbolçu Vladislav Kulaçla anlaşıb. 30 yaşlı hücumçu yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Vladislav Kulaçın son klubu Ukrayna "Dinamo”su (Kiyev) olub. O, həmçinin ölkəsinin "Şaxtyor” (Donetsk), "Mariupol”, "Metallurq” (Zaporojye), "Stal”, "Zorya”, "Vorlska”, "Oleksandriya”, həmçinin, Türkiyənin "Eskişehirspor” və Macarıstanın "Honved” klublarında çıxış edib. O, Poltava "Vorskla"sınln heyətində 2020/21 mövsümündə Ukrayna çempionatının bombardiri olub.