Xəbər lenti

Bakı küçələrində təhlükəli manevrlər edən sürücü saxlanıldı (FOTO/VİDEO)
Ölkə13:02 18.06.2020

Bakı küçələrində təhlükəli manevrlər edən sürücü saxlanıldı (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Həftəsonu tətbiq edilən sərt karantin günündə boş küçələrdə təhlükəli manevrlər edən avtomobilin sürücüsü Nicat Kərimov saxlanılıb.
Bu barədə "Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, sürücünün barəsində tədbir görülməsi üçün sənədlər toplanılaraq Nəsimi Rayon Məhkəməsinə göndərilib: "Hazırda məhkəmənin qərarı elan olunmayıb”.
Qeyd edək ki, sərt karantin rejiminin ikinci günündə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsində naməlum şəxsin avtomobillə boş küçələrdə təhlükəli manevrlər etməsi barədə sosial şəbəkələrdə videgörüntülər yayılıb.