Xəbər lenti

Bakı küçəsində 300 min manatlıq hədiyyə - FOTO
Ölkə18:52 07.09.2016

Bakı küçəsində 300 min manatlıq hədiyyə - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının mərkəzi küçələrindən birində çəkilmiş foto sosial şəbəkələrdə paylaşılır.

Fotoda 99 DT 414 nömrə nişanlı Mercedes-Benz G63 markalı avtomobil evakuator maşınında aparılır. Mercedes-Benz G63-in Bakıda satış qiyməti 270-300 min manat arasındadır.

Çiçəklər və bantlarla bəzədilmiş avtomobilin ön şüşəsində rus dilində "Ot papı" ("Atandan"), nömrə nişanı yerində isə "Ad günün mübarək!" yazılıb.

Səxavətli atanın kimliyi hələ bəlli deyil.(milli.az)

Qaynarinfo.Az