Xəbər lenti

Bakı, London, Nyu-York və Amsterdam su altında qalacaq - ŞOK PROQNOZ
Ölkə10:04 01.11.2014

Bakı, London, Nyu-York və Amsterdam su altında qalacaq - ŞOK PROQNOZ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2070-80-ci illərdən sonra dünyada nələr baş verəcək? Bu, hər kəs üçün maraqlıdır. Axı alimlər qlobal istiləşmə ilə bağlı çoxdandır ki həyəcan təbili çalırlar. Xüsusilə də buzlaqların əriməsi ilə bağlı təhlükə yaranacaq. Bəzi şəhərlər, hətta dövlətlər okean sularının altında qalacaq.

Problemlə məşğul olan institutların mütəxəssisləri rəqəmlərlə bağlı fərqli proqnozlar verirlər.

Bəziləri dünya əhalisi üçün təhlükənin yalnız 300-400 il sonrayaranacağını iddia edir. Ancaq rahatlıq üçün əsas yoxdur. Hər il təbiifəlakətlərin sayı artır, havanın temperaturu isə əvvəlkinə nisbətənəhəmiyyətli dərəcədə yüksəlir.
Dünyanı Nuh peyğəmbərin vaxtındakı kimi su basacağına inananların sayı çoxalır. Bəs mütəxəssislər nə deyir?
 
Potsdam Universitetinin proqnozu
Almaniyanın Potsdam Universiteti uzun illərdir qlobal istiləşmənin təsirlərini öyrənməklə məşğuldur.
Universitet mütəxəssislərinin iddiasına görə, 2100-cü ilədək dünyaokeanının səviyyəsi buzlaqların əriməsi nəticəsində 0,75 - 1,5 metrqalxacaq.
Dünya okeanının səviyyəsinin qalxması nəticəsində Los-Anceles,Hamburq, Amsterdam, Sankt-Peterburq və digər meqapolislər su altındaqalacaq. İtaliya Venesiyasını isə bu təhlükə 2050-ci ilədək gözləyir.
Çin Xalq Respublikasının da sahilyanı əraziləri su altda qalacaq.Bu halda Rusiyanı ikinci təhlükə gözləyəcək – 72 milyon çinli su altdaqalmış ərazilərdən Rusiyaya qaçacaq. Bu qədər qaçqın axınının qarşısınıalmaq çətin olacaq.
Rus alimlərinin proqnozu
Rusiyalı alimlərin proqnozuna görə, 2100-cü ilədək dünya okeanınınsəviyyəsi 1,4 metr qalxacaq. Nəzərə alaq ki, okean səviyyəsinin hətta 10santimetr qalxması belə təhlükəlidir, nəticələr acınacaqlı ola bilər.Burada isə söhbət 1,4 metrdən gedir.
Belə olacağı təqdirdə, bəzi dövlətlər öz mövcudluğunu itirəcək.Buraya Hind okeanındakı Maldiv adaları, Sakit okeandakı Tuvalu adalarıkimi.
Hindistanın Kəlküttə şəhəri də su altında qalacaq. London, Şanxay,Nyu-York şəhərləri isə su altda qalmamaq üçün 150 milyard dollar xərcçəkməli olacaq.
Asiyadan 100, Avropadan 14 milyon insan qaçqın düşəcək.
Rusiyanın özünə gəldikdə, Sankt-Peterburq şəhəri, Yamal adası, Murmansk vilayətinin əhəmiyyətli hissəsi su altda qalacaq.
 “National Geographic”-in proqnozu
 
 Ən bədbin proqnozu isə “National Geographic” verib. Düzdür, buradadəqiq vaxt göstərilməyib. Bilinmir dünyanı min ildən sonra tam subasacaq, yaxud 150-200 il sonra…
Onların proqnozuna görə, buzlaqların əriməsi nəticəsində dünyaokeanının səviyyəsi 65 metr qalxacaq. Havanın illik temperaturu 14dərəcədən 26 dərəcəyədək yüksələcək.
Şimali Amerikada Florida, Argentinada Buenos-Ayres, həmçinin Uruqvay və Paraqvay kimi ölkələr su altında qalacaq.
Avropada isə Britaniya, Niderland, Danimarkanın böyük bir hissəsi, o cümlədən İtaliya Venesiyası məhv olacaq.
Xəzər dənizində də su qalxacaq.  Nəticədə, Volqoqrad, Həştərxan,Kalmıkiya Respublikası, Rostov vilayəti su altda qalacaq. Dağıstan vəTürkmənistan ərazilərinin xeyli ərazisi itəcək.  Bakı və Kür sahiliərazilərin hamısı su altda qalacaq (Publika.az).