Xəbər lenti

Bakı meriyası müxalifətin yürüşünə icazə vermədi
Ölkə15:36 05.03.2019

Bakı meriyası müxalifətin yürüşünə icazə vermədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının yürüşlə bağlı müraciətini cavablandırıb.
BŞİH-də müraciətə baxılıb və Müsavat Partiyasının martın 10-da, saat 15:00-da Bakının Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsindən yürüş etməklə "Dərnəgül” metrostansiyası yaxınlığında və Yasamal rayonu, Həsən Bəy Zərdabi prospektindən yürüş etməklə İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.
"Report” bildirir ki, bu barədə yürüş təşkilatçıları məlumatlandırılıb.