Xəbər lenti

Bakı meriyasında oğurluq olub
Ölkə10:34 10.07.2015

Bakı meriyasında oğurluq olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda oğurluq hadisəsi baş verib. 

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı şəhər İcra Hakimiyyətinə məxsus Abadlıq Xidmətinin anbarında qeydə alınıb. 

Qeyd edilən anbardan 160 metr elektrik naqili, 2 ədəd iri həcmli çəkic, 8 ədəd laqunda və generator oğurlanıb.

Həyata keçirilən əməliyyat axtarış tədbirləri hadisəni törədən Ağcabədi rayon sakini İlkin Səlim oğlu Salmanov tutulub.

Qaynar.info