Xəbər lenti

Bakı metropolitenin yeni sədri “reklam strategiyası”na başlayıb
Ölkə19:43 15.08.2015

Bakı metropolitenin yeni sədri “reklam strategiyası”na başlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bakı Metropoliteni”nin  stansiyalarında quraşdırılan sosial mesaj lövhələri, şirkətlərin reklam bannerləri ilə əvəz olunur.
Musavat.com-un məlumatına görə, metronun ən çox insan kütləsi olan “Elmlər Akademiyası”, “28 May”, “Gənclik” stansiyalarının divarlarından artıq bir neçə şirkət və bankların reklam lövhələri asılıb. 
Qeyd edək ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində sonuncu  sədr dəyişikliyindən sonra stansiyalarda olan reklam bannerləri, monitorları yığışdırılmışdı. Bu ilin mart ayından etibarən isə, metro stansiyalarında siqaretin zərərləri barəsində yazılan lövhələr, cəmiyyətin kitaba marağının artmasına yönəlik sosial reklamlar yerləşdirilmişdi. 
Qaynar.info