
Bu gün Bakı Metropolitenində həyəcanlı anlar yaşanıb.
Hadisə şahidlərinin Səhər saat 10:00 radələrində metronun “Dərnəgül – Həzi Aslanov” xətti üzrə hərəkət edən qatar “Nəsimi” stansiyasında təxminən 20 dəqiqə dayanıb. Nəticədə sərnişinlər arasında həyəcan yaşanıb. Bəzi sərnişinlərin səhhətində problem yaranıb.
Məsələ ilə bağlı Bakı Metropoliteni ilə əlaqə saxladıq. Metropolitendən ANS PRESS-ə verilən məlumata görə, metronun “Memar Əcəmi” stansiyası yolunda yaranmış texniki problemlə əlaqədar bu istiqamətdəki qatarların hərəkəti dayandırılıb.