Xəbər lenti

Bakı metropolitenində yeniliklər: qəzetdən başqa hər şey satılır - FOTOLAR
Ölkə11:30 23.04.2016

Bakı metropolitenində yeniliklər: qəzetdən başqa hər şey satılır - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Metropolitenində son aylar bir çox yeniliklər müşahidə olunur. 
Öncə  onu  qeyd edək ki, aprelin 19-da Bakı Metropoliteninin yeni - bənövşəyi xəttini “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları da istifadəyə verildi. Ekspertlər hesab edirlər ki, metro xətlərinin açılması, daşınmaz əmlak bazarına da təsir edəcək. Stansiyalara yaxın yerlərdə olan tikililərin qiymətində əvvəlki ilə müqayisədə artım olacağı istisna edilmir.  
Musavat.com-un məlumatına görə, hazırda metronun “Neftçilər”, “Qara Qarayev”  və “Elmlər Akademiyası”, “İnşaatçılar”  stansiyalarının girişlərində təmir işləri aparılır. “Nizami” stansiyasının isə daxilində, stansiyanın divarlarında yenilənmə işləri görülür. Metropolitendən aldığımız məlumata görə,  "Elmlər Akademiyası" stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-3 tipli eskalator istismar müddətini başa vurduğu üçün müvafiq qaydada dəyişdirilməlidir. Buna görə stansiyanın əsas giriş və çıxışı bağlanıb. Hazırda sərnişinlər, Bakı Dövlət Universitetinin qarşısına  açılan yeni giriş-çıxışdan istifadə edirlər. 
Bakı Metropolitenində son günlər baş verən yeniliklərdən biri də burada bəzi stansiyaların gişirlərində  “Zeytun” aptekləri şəbəkəsinin fəaliyyətə başlamasıdır. Konkret olaraq “Nəriman Nərimanov”, “Gənclik”, “Koroğlu” və yeni istifadəyə verilə “Memar Əcəmi”stansiyalarının girişlərində bu apteklər fəaliyyət göstərirlər. Apteklərdə demək olar ki, istənilən dərmanı tapmaq mümkündür.
“Bakı Metroploteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev musavat.com-a bildirdi ki, stansiyalarda aparılan təmiş işləri təsdiqlənmiş tədbirlər planına əsasən aparılır: “Sansiya istifadəyə veriləndən mövcud olan divarlardakı mərmər üzlüklər dəyişdirilir. 
Təmir işləri bir neçə ay davam edəcək. Qeyd edim ki, bunun “Formula 1”   yarışları və ya digər bu kimi məsələlərlə əlaqəsi yoxdur. Metroda bundan başqa hər hansı yeniliklər olarsa, ictimaiyyətə açıqlama verəcəyik”.
Lakin bir məqamı da qeyd edək ki, “Bakı Metroploteni” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Tağı Əhmədovun vəzifəsindən kənarlaşdırılmasından sonra metrostansiyalarından yığışdırılan reklam lövhələri, ticarət köşkləri bərpa edilib, hətta apteklər də açılsa da, qəzet köşklərindən bir xəbər yoxdur. Belə çıxır ki, metroda hər şey satmaq olar, bir qəzetdən başqa...
Qaynarinfo.az