Xəbər lenti

Bakı Metropolitenindən növbəti QADAĞA
Ölkə09:22 29.03.2014

Bakı Metropolitenindən növbəti QADAĞA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Metropoliteninin yeni rəisi Zaur Hüseynov tabeliyindəki işçilərə və metroda fəaliyyət göstərən polislərə ciddi tapşırıq verib.

Qaynar.info bildirir ki, "Bakı Metropoliteni” QSC-dən azvision.az-a daxil olan məlumata görə, Z.Hüseynov metroya dilənçilələrin və səyyar satıcıların girişini qadağan edib.

Eyni zamanda bildirilir ki, metronun “Neftçilər” stansiyasında dilənçilərin çox olmasını nəzərə alaraq, stansiyada polislərin sayı artırılıb.

Belə ki, polislər və metro işçiləri artıq qaraçıların və səyyar satıcıların stansiyaya belə girişinə icazə vermirlər.

Qeyd edək ki, Tağı Əhmədovun dönəmində metroda addımbaşı dilənçi və səyyar satıcılara rast gəlmək olardı. İndi isə təkcə təkcə metro keçidlərində alış-veriş deyil, eləcə də qatarlarda səyyar ticarət və dilənçilik yığışdırılıb.

Qaynar.info