Xəbər lenti

Bakı metrosuna yeni mətbuat katibi təyin edildi (FOTO)
Ölkə15:15 21.07.2025

Bakı metrosuna yeni mətbuat katibi təyin edildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bakı Metropoliteni” QSC-yə yeni mətbuat katibi təyin edilib.
Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatına görə, teleaparıcı Nərmin Salmanova metropolitenin mətbuat katibi vəzifəsinə gətirilib.
Metropolitenin əvvəlki mətbuat katibi Bəxtiyar Məmmədovun isə fəaliyyətini Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi davam edəcəyi bildirilib.
Qeyd edək ki, Nərmin Salmanova daha əvvəl CBC Sport və İTV kanallarında aparıcı kimi çalışıb.