Xəbər lenti

Bakı metrosunda 9 yeni stansiya tikiləcək
Ölkə14:30 20.09.2017

Bakı metrosunda 9 yeni stansiya tikiləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bakı metropoliteni" QSC metronun "yaşıl" xəttinin genişləndirilməsi ilə bağlı tikinti işlərinə başlayıb.

"Qaynarinfo" xəbər verir ki, bunu Trend-ə "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev deyib.

Onun sözlərinə görə, yeni stansiyalar üçün ərazi artıq ayrılıb: "Tikinti artıq başlayıb, amma hələlik konkret tarixlər barədə danışmaq tezdir".

Gələcəkdə metropolitenin "yaşıl" xəttinin dairəvi xəttə çevrilməsi planlaşdırılır. Bununla bağlı olaraq "Xətai" və "Həzi Aslanov" stansiyaları arasında 3 stansiyanın tikilməsi və "Dərnəgül"lə "Həzi Aslanov" stansiyalarının birləşdirilməsi nəzərdə tutulur. Ümumilikdə "Dərnəgül" və "Həzi Aslanov" stansiyaları arasında 9 stansiyanın tikintisi planlaşdırılır.

E.İsayev həmçinin qeyd edib ki, Bakı Metropoliteninin "bənövşəyi" xəttində də tikinti işləri davam etdirilir.

Qaynarinfo.Az