Xəbər lenti

Bakı metrosunda bomba həyacanı - YENİLƏNİB
Ölkə04:14 02.10.2014

Bakı metrosunda bomba həyacanı - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
00:18
Bakı metropoliteninin “Sahil” stansiyasında bomba həyəcanı yaşanır. Hadisə şahidlərinin Musavat.com-a verdiyi məlumata görə, naməlum şəxs polisə zəng edərək, metro stansiyasına partlayıcı qoyulması ilə bağlı məlumat verib. Bundan sonra “Sahil” stansiyasına polis əməkdaşları, təcili tibbi yardım briqadaları, Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib. 
Hazırda stansiyada axtarış işləri aparılır. Bakı şəhər hüquq-mühafizə orqanlarının əməkdaları hadisə yerindədirlər.
APA isə xəbər yayıb ki, Bakıda “Sahil” metro stansiyasına bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub. Polis və FHN əməkdaşları əraziyə baxış keçiriblər. Ərazidə heç bir şübhəli əşya aşkarlanmayıb. 
09:14
Ötən axşam Bakı metropoliteninin Sahil stansiyasında partlayıcı qurğu olması barədə polisə və FHN-ə annonim məlumat daxil olmuşdu. Qaynar.info-nun məlumatına görə, Fövqəladə Hallar Nazirliyi hadisə barədə rəsmi açıqlama yayıb. 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Səbail rayonu ərazisində, Bakı metropoliteninin “ Sahil ” stansiyasında partlayıcı qurğunun olması barədə məlumat daxil olub. 

Hadisə yerinə dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb. 

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin ərazidə şübhəli əşya aşkar etməyiblər.

Əməliyyat saat 23:54-də başa çatıb.
Qaynar.info