Xəbər lenti

Bakı metrosunda gərgin anlar - FOTO
Ölkə16:15 10.11.2013

Bakı metrosunda gərgin anlar - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün saat 16 radələrində metronun 28 May stansiyasında işıqlar sönüb. 
Qaynar.info  xəbər verir ki, AzNews.az əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, stansiyada işıqların sönməsi sərnişinlər arasında ajiotaj yaradıb. 
İşıqların sönməsinə baxmayaraq qatarlar hərəkətini davam etdirib. 
Ancaq buna baxmayaraq stansiyada işıqların olmaması sərnişinlərin hərəkətində problemlər yaradıb. Metropoliten işıqların sönmə səbəbləri ilə bağlı hələki sərnişinlərə heç bir açıqlama verməyib.
***
Metropoliten rəhbərliyindən AzNews.az-a verilən məlumata görə, stansiyada işıqların sönməsi texniki səbəblərlə əlaqədardır: 
“Narahatlıq üçün heç bir əsas yoxdur. Qatarlar qrafik üzrə hərəkət edir. Stansiyada da bir azdan işıqlarla bağlı nasazlıq aradan qaldırılacaq. Hazırda bu istiqamətdə iş aparılır. Sərnişinlərə heç bir narahatlıq olmaması barədə xəbərdarlıq edilir”.
Qaynar.info