Xəbər lenti

Bakı metrosunda həyəcan: sərnişinlər qatardan boşaldıldı
Ölkə04:53 11.04.2014

Bakı metrosunda həyəcan: sərnişinlər qatardan boşaldıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Bu gün səhər saatlarında Bakı Metropoliteninin “Həzi Aslanov - Dərnəgül” xətti üzrə hərəkət edən qatar “Ulduz - Nəriman Nərimanov” stansiyaları arasında təxminən 10 dəqiqə tuneldə qalmalı olub.

Məsələ Bakı Metropolitenindən "APA-Economics"ə qatarın hərəkətində fasilənin yaranmasına “Həzi Aslanov - İçərişəhər” istiqamətində hərəkət edən qatarda texniki nasazlığın olması ilə izah edilib. Nəticədə sərnişinlər qatardan boşaldılıb, nasaz qatar isə depoya göndərilib.
 
Hazırda qatarların hərəkəti bərpa olunub.

Qaynar.info