Xəbər lenti

Bakı metrosunda həyəcanlı anlar - VİDEO
Ölkə19:33 14.08.2015

Bakı metrosunda həyəcanlı anlar - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı metrosunda həyəcanlı anlar yaşanıb. ANS TV-nin məlumatına görə, kütləvi informasiya vasitələrində yayılan görüntülərə əsasən səhər saatlarında metronun “20 Yanvar” stansiyasında platformada orta yaşlı xanım ilk olaraq ürəyindən şikayətlənib. Sonra o, yerə yıxılıb. Səbəb kimi isə qatarda olan havasızlıqdan özünü pis hiss etməsi göstərilir.
Məlumatda o da qeyd olunur ki, metropoliten işçiləri təcili tibbi yardımı gec çağırdıqları üçün xanımın vəziyyəti olduqca pisləşib. Buna görə də qadın uzun müddət huşsuz halda qalıb. 
Baş vermiş hadisə ilə əlaqədar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, metropolliten işçiləri təcili yardım əməkdaşlarını vaxtında çağırıb. Xanıma ilkin yardım göstərildikdən sonra o, özünə gəlib. 
Hazırda orta yaşlı xanımın vəziyyəti yaxşıdır.
Qaynar.info