Xəbər lenti

Bakı metrosunda həyəcanlı anlar yaşandı
Ölkə07:21 29.10.2014

Bakı metrosunda həyəcanlı anlar yaşandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün saat 10:30-da Bakı metrosunda daha bir problem yaranb. 

Anspress-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə “İçərişəhər” stansiyasında qeydə alınıb.

Belə ki, “İçərişəhər” stansiyasından “Həzi Aslanov” stansiyasına gedən qatar paltformada hərəkət edə bilməyib. Sərnişinlər düşürdülüb. Daha sonra yenidən qatarlara mindirilərək gedib. Hadisə nəticəsində stansiyada sərnişin sıxlığı yaranıb.

Nasazlıq yaranan qatar gedəndən sonra təxminən 7-10 dəqiqə sonra yeni qatar gəlib. Metroda qələbəlik yaşanıb.

Məsələ ilə əlaqədar Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, problem texniki nasazlıq səbəbindən baş verib.

“Metronun “İçərişəhər” stansiyasında 6 saylı qatarda texniki nasazlıq yaranıb. Mütəxəssislər elə yerindəcə problemi aradan qaldırıblar. Hadisə nəticəsində qatar qrafikində 4 dəqiqə gecikib. Lakin ümumi qrafikdə gecikmələr olmayıb. Vaxt itkisi qarşı stansiyalarda bərpa olunub”, - deyə Nəsimi Paşayev bildirib.

Qaynar.info