Xəbər lenti

Bakı metrosunda həyəcanlı anlar yaşandı - FOTOLAR
Ölkə08:40 18.11.2014

Bakı metrosunda həyəcanlı anlar yaşandı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakı metrosunda vaqonda qadının ürəyi gedib.
Qaynar.info xəbər verir ki, Axar.az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, metronun “Azadlıq prospekti” stansiyasından “Dərnəgül”ə doğru hərəkət edən qatarda qadın sərnişin huşunu itirib.
Sərnişinlər hadisə baş verən kimi qatarın dayandırılmasına nail olublar. Qadını stansiyanın platformasında oturacağa əyləşdirən sərnişinlər onun özünə gəlməsi üçün ilkin yadım göstəriblər.
Vətəndaşların ilkin yardımından sonra qadının özünə gəlmədiyini görən metropoliten əməkdaşları təcili yardım çağırıb.
Hadisə yerinə gələn tibb işçilərinin xəstənin metrodan çıxarılması üçün xərək gətirməməsi problem yaradıb: xəstə təcili tibbi yardım maşınına metropoliten polislərinin köməyi ilə aparılıb.
Qaynar.info