Xəbər lenti

Bakı metrosunda inanılmaz hadisə: Yuxulu olan maşinist qatarı saxlaya bilmədi
Ölkə08:00 22.08.2017

Bakı metrosunda inanılmaz hadisə: Yuxulu olan maşinist qatarı saxlaya bilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı metrosunda maşinistin səhvi qatarın geriyə hərəkət etdirilməsinə səbəb olub.

"Qaynarinfo" xəbər verir ki, bu barədə baku.ws-ə hadisə şahidləri məlumat veriblər.

“Avtovağzal” stansiyasında baş verən hadisə ötən həftə qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, maşinist yuxulu olduğu üçün qatarın bir hissəsini tuneldə saxlayıb.

Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev faktı təsdiqləyib. O bildirib ki, maşinist stansiyada müəyyən olunmuş xətti keçərək qatarın birinci vaqonunu tunelin içərisində saxlayıb.

“Sərnişinlərin düşməsi üçün maşinist dispeçerlə əlaqə saxladıqdan sonra qatarı geriyə verib”, - deyə Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, həmin maşinist barəsində müvafiq tədbirlər görüləcək.

Qaynarinfo.Az