Xəbər lenti

Bakı metrosunda kino veriləcək - FOTO
Ölkə07:38 14.07.2016

Bakı metrosunda kino veriləcək - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı metrosunda kino nümayiş olunacaq. 

"Qaynarinfo.Az" xəbər verir ki, bu barədə məlumatı Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. 

“Sabah - 15 iyul 2016-cı il tarixində, səhər saat 11:00-da "Gənclik" stansiyasında növbəti sərginin açılışı olacaq. Sərgi Azərbaycan Kinematoqrafiyasına həsr olunub. Burada köhnə filmlərdən kadrlar və çəkiliş prosesindən kadrarxası fotolar nümayiş olunacaq” -deyə Nəsimi Paşayev bildirib. 

Layihə "Bakı Metropoliteni" QSC, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə həyata keçirilir. 

Qaynarinfo.Az