Xəbər lenti

Bakı metrosunda nasazlıq: sərnişinlər qatardan düşürüldü
Ölkə15:13 02.01.2020

Bakı metrosunda nasazlıq: sərnişinlər qatardan düşürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün saat 18:35 radələrində Bakı metrosunda qatarların birində nasazlıq yaranıb və nəticədə qatar "Elmlər Akademiyası” stansiyasında dayanmadan keçib.
Qaynarinfo-nun report-a istinadən görə, qatarda olan nasazlıq nəticəsində vaqonların qapıları açılmayıb və stansiya əməkdaşları səsgücləndiricilər vasitəsi ilə sərnişinləri nasazlıqla bağlı xəbərdar ediblər.
"Həzi Aslanov” – "Dərnəgül” istiqamətində hərəkət edən qatarın nasazlıq səbəbindən "İnşaatçılar” stansiyasına çatmamış tuneldə dayandığı, vaqonların işıqlarının söndüyü deyilir.
"İnşaatçılar” stansiyasında dayanan qatarın bütün sərnişinləri boşaldılıb.