
Bu gün səhər saatlarında metronun “Elmlər Akademiyası” stansiyasında eskalatorda nasazlıq olub. Bu da sərnişinlər arasında narahatlığa səbəb olub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin publika.az-a verdiyi məlumata görə, hadisə 08:48-də baş verib. “Elmlər Akademiyası” stansiyasında 3 eskalator işləyir.
Səhər saatlarında eskalatorların ikisi qalxmaq, biri eniş üçün istifadə edilib. Yuxarı qalxan eskalatorların birində yürüyün rezini çıxıb. Bir neçə dəqiqə hərəkət dayanıb. Eskalatorun hərəkəti 08:52-də bərpa edilib”. N. Paşayev hadisə nəticəsində xəsarət alanların olmadığını bildirib.
Qaynar.info