Xəbər lenti

Bakı metrosunda olay: 3 gənc qadına sataşdı, məsələyə polis qarışdı (VİDEO)
Ölkə08:01 03.08.2017

Bakı metrosunda olay: 3 gənc qadına sataşdı, məsələyə polis qarışdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gecə Bakı metropoliteninin Koroğlu stansiyasında 3 gənc qatarın hərəkətinin dayandırılmasına səbəb olub.

"Qaynarinfo" xəbər verir ki, hadisə şahidlərinin Oxu.Az-a verdiyi məlumata görə, 3 gənc qatarda qadın sərnişinin yanında əyləşib.

Xanım isə həmin gənclərin ona sataşdığını iddia edib.

Məsələ böyüdüyündən polis hadisəyə müdaxilə edib. Polis gəncləri qatardan çıxarmaq istəsə də, gənclərin müqaviməti ilə qarşılaşıb.

Sonradan polis gəncləri qatardan çıxarmağa müvəffəq olub.

Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə 23:15-də Həzi Aslanov–Dərnəgül xətti üzrə hərəkət edən 32 saylı qatarda baş verib.

“Qatarda olan 3 gəncin xanıma sataşdığı və buna görə mübahisə yarandığı güman olunur. Qatar Koroğlu stansiyasında saxlanılıb və həmin şəxslər polisə təhvil verilib”.

"Metropoliten" rəsmisi məsələ ilə bağlı qatarların hərəkətində 4 dəqiqə fasilə yarandığına da söyləyib.

Qaynarinfo.Az