Xəbər lenti

Bakı metrosunda olay: İki gənc qız tunelə düşərək...
Ölkə09:25 27.04.2022

Bakı metrosunda olay: İki gənc qız tunelə düşərək...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İki gənc qız "20 Yanvar" stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar".
Qaynarinfo xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat ixmdətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat yayıb.
"Dərhal "20 Yanvar-İnşaatçılar" mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə "20 Yanvar" stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb", - B.Məmmədov bildirib.