Xəbər lenti

Bakı metrosunda orta yaşlı şəxs döyüldü
Ölkə19:59 28.12.2016

Bakı metrosunda orta yaşlı şəxs döyüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün 20:50 radələrində Bakı metropolitenində təqribən 35-40 yaşlı şəxs döyülüb.

"Report" xəbər verir ki, hadisə metropolitenin "28 May" və "Xətai" stansiyaları arasındakı keçiddə baş verib.

Zərərçəkənin bildirdiyinə görə, ona 3-4 nəfər şəxs hücum edərək, yumruq zərbələri endirib. Nəticədə o, baş nahiyəsindən xəsarət alıb.

Polis faktla bağlı araşdırma aparır.

Qaynarinfo.Az