Xəbər lenti

Bakı metrosunda problem
Ölkə08:17 19.07.2015

Bakı metrosunda problem

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb. Qaynar.info publika.az-a istinadən xəbər verir ki, görə, metronun “Elmlər Akademiyası” stansiyasında qatar 19 dəqiqə gecikib.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumatı təsdiq edib. Onun spzlərinə görə 34 saylı xətt üzrə hərəkət edən qatarda yaranmış nasazlığa görə, sərnişinlər “20 Yanvar” stansiyasında düşürülüb.
“Qatar depoya yola salındığından Elmlər Akademiyasında dayanmayıb. Ona görə də sərnişinlər gcikmə olduğunu düşünüb”, - Paşayev əlavə edib.
N.Paşayev hazırda problem olmadığını və bayram günləri ilə əlaədar metroda sıxlıq yaşanmadığını da bildirib. 
Qaynar.info