Bu gün səhər saatlarında Bakı metrosunda gərgin anlar yaşanıb. Azvision.az-ın əməkdaşının verdiyi məlumata görə, qatarların hərəkətində ləngimələr olub.
"20 Yanvar" stansiyasından "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarlar gündəlik qrafikindən 10 dəqiqədən çox gecikib. Bu da metroda sərnişin sıxlığına səbəb olub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, bu gün səhər saatlarında 39 saylı marşrut qatarında “Azadlıq” stansiyasında nasazlıq olub. QSC rəsmisinin sözlərinə görə, sərnişinlər boşaldılıb və qatar depoya gedib: “Bir qatar xəttən çıxdığı üçün interval bu qədər uzanıb. Depodan onun yerinə qatar verilib. Bir qatar çıxdığına görə interval 10 dəqiqə olub. Nasaz qatarın yerinə depodan qatar veriləndən sonra isə qrafik tam bərpa olunub”.
Qaynar.info