Xəbər lenti

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb
Ölkə05:34 02.11.2018

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkəti ləngiyib.
Bu barədə "Report”a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, ləngiməyə səbəb Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatarda texniki problemin yaranması olub: "Maşinist həmin problemi 4 dəqiqəyə aradan qaldırıb. Buna görə də, ümumi hərəkətdə ləngimə yaranıb. Dərnəgül-Həzi Aslanov marşrutu üzrə hərəkət edən sərnişin çox olduğu üçün orada ləngimə daha çox hiss edilib, Dərnəgül-İçərişəhər marşrutunda isə demək olar, hiss edilməyib”.