Bakı metrosunda əlibaltalı şəxs peyda olub.
Qaynarinfo xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Belə ki, əlində sellofana bükülmüş balta ilə gəzən şəxs cinsi azlıqları hədələyir. O qeyd edir ki, əgər qarşısına belə bir şəxs çıxsa, baltalayacaq.
Daxili İşlər Nazirliyi (DİN) Bakı metrosunda əlibaltalı gəzən şəxslə bağlı açıqlama verib. DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, sosial şəbəkə üzərində yayılmış görüntü ilə əlaqədar araşdırma aparılır.
Həmin görüntüləri təqdim edirik: