Xəbər lenti

Bakı metrosunda qorxulu anlar: ölən var - FOTO
Ölkə05:32 11.03.2015

Bakı metrosunda qorxulu anlar: ölən var - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər saatlarda Bakı Metropolitenində bədbəxt hadisə qeydə alınıb. Anspress-in məlumatına görə, metronun “Gənclik” stansiyasında sərnişinlərdən biri metroya daxil olduqdan sonra özünü narahat hiss etməyə başlayıb. 
Dərhal təcili yardım ximətinə məlumat verilib. Lakin özünü yaxşı hiss etməyən vətəndaş həkimlər gələnə qədər dünyasını dəyişib. 
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, hazırda hadisə yerində hüquq-mühafizə orqanları vətəndaşın şəxsiyyətinin dəqiqləşdirilməsi üzrə işlər aparır. 
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info