Xəbər lenti

Bakı metrosunda qorxulu anlar - Sərnişin stansiya yoluna düşdü
Ölkə16:22 23.04.2023

Bakı metrosunda qorxulu anlar - Sərnişin stansiya yoluna düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Memar Əcəmi" stansiyasında orta yaşlı kişi sərnişin stansiya yoluna düşüb.
Bakı Metropolitenin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, stansiyaya daxil olan qatarın maşinisti dərhal qatarı saxlayıb. Metropolitenin normativ tələblərinə uyğun yüksək gərginlik çıxarılıb, həmçinin təcili tibbi yardım çağırılıb.
Sərnişin stansiya yolundan çıxarılıb, ilkin yardım göstərilib. Təcili tibbi yardım sərnişinin ciddi xəsarət almadığını qeydə alıb. Hadisə nəticəsində Yaşıl xətt üzrə intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.