Xəbər lenti

Bakı metrosunda sərnişin relslərin üstünə yıxıldı - Qatarların hərəkəti dayandı
Ölkə22:25 07.01.2025

Bakı metrosunda sərnişin relslərin üstünə yıxıldı - Qatarların hərəkəti dayandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Metropoliteninin "Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.

Bu barədə "Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətindən məlumat verilib.

İlkin məlumata əsasən, hadisə nəticəsində sərnişin ağır xəsarət alıb.

Stansiyada dərhal təhlükəsizlik tədbirləri həyata keçirilib, təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

Hadisə nəticəsində hərəkət cədvəlində müəyyən gecikmələr yaranıb.

Sərnişinlərdən təhlükəsizlik qaydalarına riayət etmələri və platformalarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur