Xəbər lenti

Bakı metrosunda sərnişinlərə qənim kəsilən şəxs tutuldu
Ölkə10:23 05.04.2018

Bakı metrosunda sərnişinlərə qənim kəsilən şəxs tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Metropolitendə polis şöbəsinə müraciət edən Bakı şəhər sakini N.Rzayeva aprelin 3-də "Neftçilər” stansiyasında qatara minərkən əl çantasından içərisində pulu, tələb bileti, bank kartı olan pulqabısının oğurlandığını bildirib.
DİN-dən verilən məlumata görə, dərhal şöbənin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən şəxs tezliklə müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə o, elə həmin stansiyasının ətrafında polis əməkdaşları tərəfindən yaxalanıb.
Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elməddin Quliyev olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı oğurlanmış pulqabı onda aşkar edilib.
E.Quliyev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2 ay müddətinə həbs olunub.