Xəbər lenti

Bakı metrosunda tüstülənmə - Bəzi sərnişinlərin ürəyi gedib... +Fotolar
Ölkə17:05 15.03.2017

Bakı metrosunda tüstülənmə - Bəzi sərnişinlərin ürəyi gedib... +Fotolar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə dəqiqə əvvəl Bakı metrosunda problem yaranıb.

Bu barədə "Qafqazinfo"ya sərnişinlər məlumat verib. Həzi Aslanov istiqamətində hərəkət edən qatar “28 May-Gənclik” stansiyaları arasında tuneldə dayanıb. 

Məlumata görə, qəfil tüstülənmə vaqonu bürüyüb, huşunu itirənlər də var.

Sərnişinlər təxliyyə olunub.

***

"Bakı Metropoliteni"nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev  açıqlamasında bildirib ki, “28 May-Gənclik” stansiyaları arasında tuneldə tüstülənmə baş verib:

"Qatarların hərəkətində heç bir problem yoxdur. Hazırda qurumun işçiləri tuneldə tüstülənmənin səbəbini araşdırır. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək".

Qaynar.Az