Xəbər lenti

Bakı metrosunda xoşagəlməz olay - FOTOLAR
Ölkə12:21 18.01.2015

Bakı metrosunda xoşagəlməz olay - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakı metrosunun "28 May" stansiyasında xoşagəlməz hadisə baş verib. Belə ki, təxminən 20-25 yaşlarında olan bir xanım sərnişin huşunu itirərək, yerə yıxılıb. 
Hadisənin şahidlərinin Musavat.com-a verdikləri məlumata görə, huşunu itirərək yıxılan qızın vəziyyətinin pisləşməsi metrodakı havasızlıq şəraiti ucbatından baş verib. 
Belə ki, Bakı metrosunun "28 May" stansiyasında basabas olduğundan qızın halı pisləşib və o, huşunu itirib. Sərnişinlərin köməkliyi ilə halı pisləşən xanım metro stansiyasından bayira çıxarılıb. 
Hadisə yerinə Bakı Metropoliteninin işçiləri tərəfindən təcili tibbi yardım çağırılıb. Həkimlər tərəfindən gənc xanıma ilkin yardım göstərilib və o, xəstəxanaya aparılıb. 
Qaynar.info