Xəbər lenti

Bakı metrosunda yenə problem yarandı - VİDEO
Ölkə05:04 15.08.2014

Bakı metrosunda yenə problem yarandı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakı metrosunda növbəti problem yaşanıb.

Qaynar.info xəbər verir ki, Milli.Az-ın hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, “Həzi Aslanov” – “İçərişəhər” marşrutu üzrə hərəkət edən qatarın “Koroğlu” stansiyasında qapıları bağlanmayıb.

Beş dəqiqə qapıların bağlanmasına cəhd göstərilsə də nəhayət, sərnişinləri vaqonlardan düşürüblər və qatar depoya göndərilib.

Məsələyə aydınlıq gətirmək üçün anspress Bakı Metropoliteni ilə əlaqə saxlayıb. Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, hadisə saat 08:35-də qeydə alınıb.

“Həzi Aslanov” – “İçərişəhər” marşrutu üzrə hərəkət edən 3 saylı qatarın "Koroğlu" stansiyasında qapıları bağlanmayıb. Problem qatarın birinci vaqonunun 2-ci qapısında baş verib.

“Həmin dəqiqə sərnişinlər qatardan düşürdülüb. Qatar depoya göndərilib. Əvəzində ehtiyat qatarı gətirilib. Həmin qatarın qrafikində təxminən dəqiqə yarım gecikmə olsa da, ümumi qrafikdə heç bir ləngimə qeydə alınmayıb”, - deyə Nəsimi Paşayev bildirib.

Qaynar.info