Xəbər lenti

Bakı metrosunda yenilik
Ölkə07:06 12.05.2015

Bakı metrosunda yenilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunda Bakıda keçiriləcək I Avropa Oyunları zamanı Bakı metrosunda elan və məlumatlar Azərbaycan və ingilis dillərində səsləndiriləcək.
Bunu "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib: "Hazırda bunun üzərində iş gedir".
N.Paşayev əlavə edib ki, metroda istiqamətverici lövhələr də həm Azərbaycan, həm də ingilis dilində olacaq.
"Bu məlumat lövhələrində ekspress avtobusların olduğu yerlər - "Koroğlu", "Elmlər Akademiyası", "Gənclik", "28 May", "20 Yanvar", "Nizami" stansiyaları da qeyd ediləcək", - deyə Metropoliten rəsmisi əlavə edib.
Qaynar.info