Xəbər lenti

Bakı metrosunda yenilik: "Ağıllı" üzük və saatla...
Ölkə11:15 04.10.2021

Bakı metrosunda yenilik: "Ağıllı" üzük və saatla...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bakı Metropoliteni” QSC-nin stansiyalarında gediş haqqının bank kartları ilə ödənilməsi üçün tədbirlər görülür. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Report”a hökumətdəki mənbə deyib. 
Onun sözlərinə görə, artıq "Bakı Kart" əmtəə nişanının sahibi olan "K Group" MMC Bakı metrosunda ilkin sınaq işləri həyata keçirib. Stansiyalardakı turniketlərinin proqram təminatı yeniləndikdən sonra NFC (Near Field Communication) ödəniş sistemi tətbiq ediləcək. Bu isə nəinki bank kartları, həmçinin mobil telefon, "ağıllı" saat və üzüklər vasitəsi ilə də ödəniş etməyə imkan verəcək. Bu işlərin ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur".