Xəbər lenti

Bakı metrosunun yeni qatarları gəldi - FOTOLAR
Ölkə09:18 29.03.2015

Bakı metrosunun yeni qatarları gəldi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı metropoliteni yeni qatarlar alıb. 

Anspress-in sdelanounas.ru saytına istinadən verdiyi məlumata görə, Rusiyada istehsal edilən qatarlar artıq Azərbaycana göndərilib; Metrovaqonmaş Bakı metropoliteninə 2 qatar göndərdi" .

Rusiyanın “Transmaşholdinq” QSC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” ASC "Bakı Metropoliteni" QSC-yə 81−760B/761B/763B tipli vaqonlardan ibarət yeni tipli elektrik qatarlarının göndərilməsinə başlayıb. 

Hər biri 5 vaqondan ibarət 2 qatar mart ayında Azərbaycana göndərilib, daha bir qatarın isə apreldə tədarük edilməsi planlaşdırılır.

Bakı Metropoliteni ilə bağlanmış müqaviləyə əsasən, metropoliten hərəsi 5 vaqondan ibarət 3 qatar alacaq. Yeni qatarların Bakı Metropoliteninin üçüncü xəttinə buraxılması nəzərdə tutulub.

Qaynar.info