Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.
Qaynarinfo.Az xəbər verir ki, baş nazir Artur Rəsizadənin qərarına əsasən, siyahının “Ali təhsil müəssisələri” bölməsinə aşağıdakı məzmunda 21-1-ci hissə əlavə edilib:
“21-1. Bakı Mühəndislik Universiteti”.
Bu, “Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” Azərbaycan Prezidentinin sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə edilib.
Bununla da Bakı Mühəndislik Universiteti Təhsil Nazirliyinin strukturu hesab edilməyəcək.
Qaynarinfo.Az