Xəbər lenti

Bakı Novruza necə hazırlaşır?
Ölkə10:13 14.03.2013

Bakı Novruza necə hazırlaşır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bayram günlərində Bakının qonaqlarını və sakinlərini gözəl sürprizlər gözləyir

Bayram günlərində Bakının qonaqlarını və sakinlərini gözəl sürprizlər gözləyir. İçərişəhər Dövlət Tarixi merarlıq Qoruq İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, martın 20-23-də İçərişəhər ərazisində geniş Novruz festivalı olacaq, meydan bazarı təşkil ediləcək. Burada müxtəlif oyunlar, rəqs, konsert proqramı, kəndirbazların iştirakı ilə tədbir baş tutacaq.

Lakin bu hələ son deyil. Qoruq İdarəsi istirahət günlərində-20-21 martda Qala qəsəbəsində keçirilən tədbirlərədə qatılmağa şans yaradır. Belə ki, qeyd edilən günlərdə Qoşa Qala qapısının yanından Qalaya nəqliyyat vasitələri işləyəcək ki, onlarda sakinləri pulsuz olaraq bu tədbirin keçirildiyi yerə aparacaqlar.

İlaxır çərşəbə günü isə həmişəki kimi, milli geyimli atlıların müşayiəti ilə Novruzun əsas personajları - Dədə Qorqud, Bahar qızı, Keçəl-Kosa, musiqiçilər və digər iştirakçılar Suraxanı rayonu ərazisindəki “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğuna yola düşməsidə planlaşdırılır.

Əsas itirahət mərkəzimiz olan Milli Parkda bayrama hazırlaşır. Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov ANS PRESS-ə açıqlamasında mart ayının 19-da bulvar ərazisində bayram konserti və tədbirlərinin keçiriləcəyini deyib. Artıq bayram üçün dekorasiyaların qurulmasına başlanılıb. Bayram günlərində stendlərin üzərində hər bir bölgəyə xas olan şirniyyat növləri, mətbəx və mədəniyyət nümunələri, regionların adət-ənənələrinə uyğun folklor nümunələri nümayiş olunacaq. Bulvar ərazisində bayram günlərində nümayiş etdiriləcək müxtəlif oyunlar üçün də taxta konstruksiyalı yer quraşdırılır.

Qaynar.info