Xəbər lenti

Bakı polisi cinsi azlıqlarla bacarmadı - FOTOLAR
Ölkə09:17 04.07.2014

Bakı polisi cinsi azlıqlarla bacarmadı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cinsi azlıqlar yenidən Moskva prospektinə cəm oldular

Yasamal rayonu 3168-ci məhəllə, Moskva prospekti 73A binasının sakinlərinin şikayətindən sonra polis cinsi azlıqları həmin ərazidən yığışdırsa da, bu ünvana cinsi azlıqlar yenidən gəliblər.

Qaynar.info xəbər verir ki, bu barədə sakinlər Bizimyol.info-nun əməkdaşına məlumat veriblər. Reportyor əraziyə yollanarkən şahidi olub ki, cinsi azlıqlar polisin gözü qarşısında Alatava qəsəbəsi istiqamətindən başlayaraq metronun “20 yanvar” stansiyası istiqamətinə qədər toplaşaraq pulla cinsi əlaqə təklif edirlər. Təkliflərini də ərazidə gerçəkləşdirirlər.

Sakinlər bildirirlər ki, onlar ictimai əxlaqsızlıqdan gecələr yaşadıqları ərazidə hərəkət edə bilmədiklərindən bu dəfə Prezident Administrasiyasına gedərək şikayət edəcəklər.

Qeyd edək ki, sakinlər bir müddət öncə Prezident Administrasiyasına və Yasamal rayon İcra Hakimiyyətinə müraciət edərək, tabeliklərində olan polis orqanlarına ərazini daimi nəzərətdə saxlaması üçün tapşırıq  verilməsini istəmişdilər.

Qaynar.info