Xəbər lenti

Bakı polisindən qadınlara sürpriz
Ölkə11:55 07.03.2013

Bakı polisindən qadınlara sürpriz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, yol polisi əməkdaşları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirdikləri aksiyada yol hərəkəti qaydalarını pozan, sənədlərində problem olan qadın sürücülərə cərimə əvəzinə gül dəstəsi və hədiyyələr veriblər.

Aksiya şəhərin mərkəzi küçə və prospektlərində həyata keçirilib.

Əsədov bildirib ki, sabah isə 8 Mart - Beynəlxaq Qadınlar Günü paytaxt ərazisində "Nümunəvi qadın sürücü" devizi altında ənənəvi aksiya keçiriləcək. Aksiya zamanı "Yol hərəkəti haqqında" qanunun tələblərinə uyğun hərəkət edən qadın sürücülərə mükafatlar təqdim ediləcək.

Trend