Xəbər lenti

Bakı polisindən qətl törədən əməkdaşı ilə bağlı açıqlama
Ölkə08:26 27.07.2019

Bakı polisindən qətl törədən əməkdaşı ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
KİV-də Bakı Baş Polis İdarəsinin xanım əməkdaşı Günel Qasımovnın qətl törətməsi ilə bağlı məlumatlar yayılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Qaynarinfo-ya bildirib ki, Günel Qasımova 2016-cı ilin yanvar ayından polis orqanlarından xaric edilib.
Qeyd edək ki,  Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9-da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.
O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.
Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə prosesi dövründə ifadə şahidlər Günel Qasımovanın polis əməkdaşı olduğunu deyiblər.